Bloqlar
-
Üçü birində fəlsəfə
Bu aralar özümü saray həyatından imtina edərək meşəyə çəkilmiş, nirvana axtarışında olan Budda kimi hiss edirəm. Fərqimiz odur ki, nə saray var, nə meşə, nə də ki nirvana. Əslində belə görürəm, ortada Budda kimi hiss etməyimə heç bir səbəb də yox imiş. Lakin uzun fəlsəfi axtarışlardan sonra Budda kimi mən də geridönüş edib hikmətli bir…
-
Süni intellekt: “Siz Will Smith deyilsiniz”
Xəbər saytları müsahibənin maraq doğuran və bir o qədər söhbət ilə əlaqəsi olmayan hissəsini xəbər başlığı kim qeyd etməyə meyillidirlər. Mən də onlardan ilhamlanıb eyni üsuldan istifadə edərək süni intellekt (bundan sonra AI) ilə birgə boş vaxtlarımdan birində etdiyim söhbəti “müsahibə” qismində sizə təqdim etmək istəyirəm. Öncədən qeyd edim ki, verilən suallar zamanımı daha maraqlı…
-
Uzaq plastik ada
Bu yaxınlarda Bakı küçələri plastik butulkalara ev sahibliyi edirdi. Şəhər sakinləri isə Çaykovskinin “Qu gölü” baletindəki o məşhur epizoddakı kimi butulkaların yanından süzə-süzə qaçırdılar. Sanki oradakı plastik butulkaları heç kim görmürdü. Həmin məqamda yadıma düşən ilk şey otaqdakı fil ifadəsi idi. İngilis dilində istifadə olunan elephant in the room metaforik ifadəsi hamının görüb bildiyi, lakin…
-
“Ağaclar ayaqüstə ölür”
Bir gün günlərdən xoşbəxtlik idi və mən də şad-xürrəm yolumu qayıdırdım. Məhəlləmizə daxil olanda, təbiri caizsə, Aşıq Ələsgərin də dediyi kimi: elə bil lap “sındı qol qanadım yanıma düşdü”. Qəhər və kədər hislərim təlatümə gəldi. O hislər ki, Pisarronun əsərlərini ağacsız təsəvvür etməyə, Mikelancelonun təsvirlərindəki cənnətin izi olan ağacların heç bir zaman çərçivəsində mövcud olmadığını…
-
Dramatik baxış
Kimlərsə həmişə dramatik olmağa məcburdur: ya qaranlıq səhnədə fonda Hendelin “Sarabande” musiqisi ilə işığın mərkəzi hədəfində bir nöqtə üzərində kədərli simasının kölgə saldığı məğrurluğu ilə dərin bir ah çəkib “dear world” xitabı ilə insanlara çağırış edərək, ya da bəlağətli cümlələrlə; bir az ağrılı-acılı, bir az da Bollywood filmlərindəki zoom effekti yaradacaq tonlarda yazılar yazaraq. İzninizlə,…
-
“Yaşıla bürün, ellə sürün”
Aprel ayı olmağına baxmayaraq, hələ də arzuladığımız hava şəratinin gözümüzü yollarda qoymağı, quşların səsinin küləyin səsi ilə yarışmağı, yazın “indi gələrəm, bu saat gələrəm” üslubu, şübhəsiz, sizi inandırım ki, ekvatorial istinin Arktikaya çatmağı, şimal qütbündəki soyuq havanın isə ekvatora kimi gəlməyi ilə birbaşa əlaqədardır. Daha bir “WARNİNG” xaraketli yarlığı yazıma yapışdırmamış, sizə bildirim ki, bu…
-
Hərb və Sənət
6 yaşlı bacım qızından aldığım cavab kimidir hərb və sənət. Soruşuram: “müharibə nədir?” deyir: “əsgər, vətən, həə bir də rəhmətə getmək”. Yenə soruşuram “bəs incəsənət nədir?”, bu dəfə heç nə demir, sadəcə baxır, yəni bir növ sual dolu baxır. Halbuki o, 3 yaşından bəri pianinoda heç kimin yardımı olmadan sadəcə qulağına xoş gələn hər musiqiyə…
-
Az olsun, saz olsun!
Deməli, 2017-ci ildə oxuduğum kitabda Sokratın Afina bazarında gəzən zaman “Gör, dünyada mənə lazım olmayan nə qədər şey var!” cümləsi ilə xəfif silkələnmə yaşamışdım. İndi belə götürəndə Sokrat da elə belə adam olmayıb, dövrünün ən dahi insanı hesab olunurmuş əsası ilə “bir hikmət var” dedim və əşyalarımı sorğulamağa başladım. Sorğulamaq ilə başlayan bu proses bir…
-
İqlim dəyişikliyini danışmalıyıq.
Təsəvvür edin, siz dünyaya gələndə artıq bir çox şey kəşf edilmişdi; Nyutonun başına alma düşmüşdü, Arximed vannada “lampasını” yandırmışdı, əsrlər sonra Edison gerçək lampanı ixtira etmişdi. Biz nə odu tapan ilk bacarıqlı insan, nə də paltaryuyanı ixtira edən Koçrane deyilik. Bizim nəsili “hazırın naziri” adlandırmaqdan ötrü deyilə biləcək bir çox misal varkən, mən söhbətin “Mustafasına”…
