Bazara “Təbiətin qohumları” gəlib..

Deməli, bu gün qar, çovğun demədən könüllü şəkildə aldıq əlimizə yaşıl “flyerlərimizi” yol aldıq seminarlardan uzaq qalmış əhalinin bir kəsimini təşkil edən bazar əhlinin yanına; dedik bir danışaq iqlimdən, tullantılardan və təkrar istehsaldan. Bloqun adını da elə oradakı xalanın bizi təsvir etmək üçün istifadə etdiyi cümlədən ilhamlanıb yaşıllandırdıq. Yaralı yerimiz olan “ əhalinin məlumatsızlığı” adlı problemi aradan qaldırmaq üçün az da olsa, öz töhfəmizi vermək üçün getdiyimiz bazara biz öyrətmək məqsədi ilə getsək də, 3 saatlıq fəaliyyətimizin sonunda nə qədər şey öyrəndiyimizin fərqinə vardıq.

60-a yaxın insanla ünsiyyətdə olub dünyanın qlobal problemi olan iqlim dəyişikliyi haqqında məlumat verdik, eyni zamanda, bu problemin qarşısını almaq üçün həll yolları təklif etdik. Bununla yanaşı, evdə nəvələrinə və övladlarına da bu barədə məlumat verə bilsinlər deyə məlumat kitabçası payladıq. Tərəddüdlərimizin tam əksinə, insanların geri dönüşləri o qədər gözəl və maraqlı idi ki, bir anlıq soyuq havanın təsirini unutmuş olduq.

Maraqlısı budur ki, bazardan ayrılanda artıq ünsiyyətdə olmadığımız insanlar belə bizi tanıyırdı. Qıraqdan “xoşum gəldi, təbiəti qoruyurlar”, “ düz deyirlər də hara gəldi zibil atırlar” kimi cümlələrin ağızdan-ağıza keçdiyini eşidə bilirdik. Bununla yanaşı, insanların fərdi olaraq yanaşmalarından öyrəndiyimiz məlumatları da sizə ərz etmək istəyirəm.

Bir xala cavan vaxtı su qıtlığı ilə üzləşdiyini, qaşıqla su içdiyini, buna görə Afrikadakı insanları necə anladığını bildirərək suya qarşı həssas olduğunu, maksimum şəkildə ehtiyacı olmadığı halda, su israfını həyata keçirmədiyini bildirdi. Göyərti satan bu xala çeşidlədiyi göyərtiləri tullantı olmasın deyə qonşusunun toyuq-cücəsi üçün ayırdığını bildirdi. Dayılardan biri daim isti çörək yeməyin sağlamlığa ziyan verəciyini, buna görə də bayat çörək yeməyin zəruriliyindən, xala isə bayat çörəyi yumşaltmaq üçün buxara verməklə çörək tullantısının qarşısını almağından söhbət açdı.

Bu kimi bir çox maraqlı təcrübələrə qulaq verdik. Və belə nəticə çıxardıq ki, bizim insanlara bir az təkan lazımdır sadəcə. Biz bu gün o təkanı vermək üçün bir addım atmağa cəhd göstərdik və eyni şeyi onlardan xahiş etdik. Ümid edirik ki, bir nəfərin belə olsa, beynində lampanın yanmasına səbəb ola bildik.

 Hər kəsin öz rəngini qatacağı dünyanın tezliklə öz rəngini geri qaytaracağı günlərin eşqinə və hamının bir gün birlik olması diləyi ilə növbəti layihələrə qədər…

“Bazara “Təbiətin qohumları” gəlib..” üçün 7 cavab

  1. Yenə hər zamankı kimi əlini daşın altına qoyanlardansınız. Əminəm ki, həm siz onlardan, həm onlar sizdən çox şey öyrənmişdir. Təki öyrəndikləriniz problemlərin həllində faydalı olsun. Uğurlarınız bol olsun!

    tərəfindən bəyənildi 1 şəxs

  2. Cəmiyyətimizdə sizin kimi insanların olması möhtəşəmdir👍🤩

    tərəfindən bəyənildi 1 şəxs

  3. Təqdirəlayiqdir👍

    tərəfindən bəyənildi 1 şəxs

  4. Çok möhtəşəmsiniz,gördüyünüz iş təqdirəlayiqdir.Yolunuz açıq olsun🤩🤗

    tərəfindən bəyənildi 1 şəxs

  5. Sizin bu addımınız şəxsən məni bu yolda addım atmağa sövq etdi. Addımınız təqdirəlayiqdir✨

    tərəfindən bəyənildi 1 şəxs

  6. Əslində onların da səbəbləri başa düşməyə, problemlərin qaynağını anlamağa ehtiyacı var. Belə bir təşəbbüs göstərdiyiniz üçün təbriklər🥂 Dünyaya olan sevginiz üçün təşəkkürlər❤️🌱

    tərəfindən bəyənildi 1 şəxs

  7. Möhtəşəmdir👍🏻

    tərəfindən bəyənildi 1 şəxs

NİGAR RAHİMOVA üçün bir cavab yazın Cavabı ləğv et